Goranboy sakini 24 yaşlı bərbər Afiq İskəndərov digər həmkarlarından fərqlənir.

Unikal.org xezerxeber.az-a istinadən məlumat verir ki, 7 ildən artıqdır bu peşə ilə məşğul olan Afiq İsgəndərov müştərilərin saçını gözü bağlı kəsir.

Bir ildən artıqdır qeyri-adi bacarığını təkmilləşdirən goranboylu usta bölgədə bir ilk reallaşdırdığını deyir. Hətta o qədər iddialıdır ki, gözlərini müştəriyə bağlatdırır.

Gənc bərbər müştərinin saçını kəsərkən əlləri ilə onu hiss etdiyini və formanı ona uyğun müəyyənləşdirdiyini deyir. Həm qayçı, həm də maşınla rahat işləyən usta ilk vaxtlar kiçik iş qəzaları da keçirib, əl ayağını yaraladığını bildirir.

Bərbərin gözlərini bağlayıb ondan uyğun saç stilini tələb edənlər də nəticədə razı qalırlar.

Afiq İskəndərov maraqlı bacarığını bərbərlər arasında keçirlən hər hansı yarışmada nümayiş etdirmək fikirindədir.