Vyana Universitetində hüquq üzrə magistr təhsili alan azərbaycanlı tələbə, Azərbaycan Akademik Birliyinin koordinatoru İlqar Bozalqanlı Euronews telekanalının internet səhifəsində yerləşdirilmiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən məqalə ilə əlaqədar telekanala etiraz ünvanlayıb.
Unikal.org xəbər verir ki, etiraza səbəb münaqişə ilə bağlı məlumatların, münaqişə tərəflərinin, xüsusilə də təcavüzkarın adının aydın və düzgün göstərilməməsi olub.
Aparılan yazışma və telefon danışıqlarından sonra redaksiya heyəti məqalədə müvafiq düzəlişlər aparıb, Dağlıq Qarabağı Ermənistan tərəfindən işğal olunmuş ərazi kimi göstərib və beynəlxalq hüquqla Azərbaycana məxsus olduğunu qeyd edib.