"Mart mənim üçün çox özəldir. Həyatımda çevriliş olan bir gündür. Tanrımın ölüb-dirilən bəndələrindənəm, bu şansı mənə verən Allahıma şükürlər olsun. Allahım mənə yaşam üçün ikinci şans verdi.

Unikal.org xəbər verir ki, bu sözləri aparıcı Vüsalə Əlizadə İnstaqram səhifəsində yazaraq 
bildirib ki, anasının böyrəyi ilə yaşayır:

"Deməli, belə məsləhət imiş, indiki uğurlarımı yaşadacaqmış, Rəbbim dünyanın ən gözəl hədiyyəsi- Diləyi verəcəkmiş, insanların sevgisini qazandıracaqmış. Böyrək köçürmədən sonra Azərbaycanda dünyaya övlad gətirən ilk qadınam. Üç günlük komada yuxu kimi gördüyüm hər şeyi yaşadım. Bu özəlliyimə görə çox şanslı bəndəyəm. Allahıma, mənə canından can verən anama, kişi qeyrətli, bala qədri bilən, mənimlə əzabı bölüşən rəhmətlik atama, ailəmə, əzizləriməborcluyam. İkinci doğum günüm, 15 yaşım mübarək.