"Hesab edirəm ki, Azərbaycanda da bunun zamanı artıq gəlib çatıb. Sosial şəbəkədə fikir bildirən şəxs təhqirə, böhtana, dövlətçiliyə qarşı çıxışlar etməməlidir. Yox, əgər edərsə, bu artıq digər formalarda edilən çağırışlara bərabər tutularaq məsuliyyətə cəlb edilməlidir".

Unikal.org xəbər verir ki, bu fikirləri sonxeber.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə həmkarı Siyavuş Novruzovun ötən gün parlamentin iclasında "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı çıxışında sosial şəbəkələrə şərh yazmaq üçün şəxsiyyət vəsiqəsi ilə qeydiyyatın tələb edilməsinin zəruridir sözlərinə münasibət bildirərəkən deyib.

Deputat vurğulayıb ki, ölkə vətəndaşları həmin ölkənin qanunvericiliyinə zidd çağırışlar etdikləri halda məsuliyyətə cəlb edilə bilər.

"Hamımıza aydındır ki, Azərbaycanda Facebook sosial şəbəkəsi daha aktiv istifadə olunan sosial şəbəkədir. Facebook milli layihə deyil. Bütün dünya əhalisinin istifadə etdiyi beynəlxalq layihədir. Və orada bütün fəaliyyət onun lisenziyasına malik olan təşkilatın qoyduğu qaydalara uyğun olaraq həyata keçirilir. Bu məsələnin hüquqi tərəfidir. Amma bununla belə bunun ayrı-ayrı ölkələrdə fəaliyyətini müəyyən düzəlişlər etmək olar. Yəni ki həmin layihəyə qoşulan şəxslər əgər hansısa bir konkret ölkənin ərazisindədirsə, və onun yazdığı fikirlər ölkənin milli qanunvericiliyinə ziddirsə, onda həmin ölkə həmin profilin sahibinə qarşı müəyyən hüquqi prosedurlar həyata keçirə bilər. Yəni bu problem bugün bütün ölkələrdə mövcuddur. Sosial şəbəkədə fikirlərə görə məsuliyyət daşımırlar. Amma bununla belə ayrı-ayrı ölkələr həmin şəxslərin bildirdiklərini yazılı mətbuatda və yaxud da publik şəkildə söylədikləri fikirlərə üstün tuturlar. Bu baxımdan ki sosial şəbəkədə o cümlədən Facebook-da bildirilən fikirlərin profilin sahibi əgər hansısa konkret ölkədədirsə və həmin ölkənin qanunvericiliyi sosial şəbəkədə təhqirə, böhtana görə cinayət məsuliyyəti nəzərdə tutursa, həmin ölkənin qanunlarına uyğun olaraq məsuliyyətə cəlb edilir. Və hesab edirəm ki, Azərbaycanda da bunun zamanı artıq gəlib çatıb. Sosial şəbəkədə fikir bildirən şəxs təhqirə, böhtana, dövlətçiliyə qarşı çıxışlar etməməlidir. Yox, əgər edərsə, bu artıq digər formalarda edilən çağırışlara bərabər tutularaq məsuliyyətə cəlb edilməlidir".

Deputat təəssüflə qeyd edib ki, son dövrlərdə sosial şəbəkələrdə ayrı-ayrı şəxslərin təhqiramiz fikirlərinə rast gəlirik. Və onlar özlərinin kimliklərini belə gizlətmir:

"Nəzərə alsaq ki, sosial şəbəkələr bugün həyatımızın ayrılmaz hissəsidir və insanlar həyatlarının bir hissəsini burada ünsiyyət də keçirirlər, bu baxımdan hər bir kəs bu cür aqressiyadan qorunmalıdır. Bu istiqamətdə də Azərbaycanda işlərin görülməsi düzgün olar. Ölkə vətəndaşları həmin ölkənin qanunvericiliyinə zidd çağırışlar etdikləri halda məsaliyyətə cəlb edilə bilər. Qoy heç kəs özünü sosial şəbəkədə klaviatura qəhrəmanı hesab etməsin. Hər kəs yazdığı fikirə görə hüquqi ilk növbədə isə mənəvi məsuliyyət hissi keçirməlidir".