Cəbhədə gedən döyüşlər zamanı Azərbaycan Ordusunun əsgəri həlak olub.

Unikal.org xəbər verir ki, bubarədə Müdafiə Nazirliyinin məlumatında deyilir.

Vurğulanır ki, martın 11-də səhər saatlarında Dağlıq Qarabağda Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimizin atəşə tutulması nəticəsində hərbi qulluqçumuz əsgər Abbasov Həsənəli Çingiz oğlu həlak olub.
Müdafiə Nazirliyinin rəhbərliyi mərhumun yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!
Qeyd edək ki, şəhid əsgərimiz Tovuzun Yuxarı öysüzlü kəndində anadan olub.