Sumqayıtda qanunsuz sərnişindaşıma ilə məşğul olan sürücülərə qarşı reyd keçirilib. 

Unikal.org xəbər verir ki, reyd zamanı xətdən kənar, lisenziya və müvafiq sənədlər olmadan idarə olunan avtobus və mikroavtobus sürücüləri ilə Dövlət Yol Polisinin əməkdaşları arasında mübahisələr də yaranıb. Reyd zamanı 10-a yaxın sürücü cərimələnib. Qanunsuz sərnişindaşıma ilə məşğul olan avtobus və mikroavtobuslar cərimə meydançasına aparılıb. 
Analoji reydlərin bundan sonra mütəmadi keçiriləcəyi bildirilib.