İŞİD Avropanın bütün aeroportlarında öz əlaltılarını yerləşdirib.
 
Unikal.org Axar.az-a istinadən xəbər verir ki, bu barədə İŞİD liderlərindən olan Əbu əl-Ənsari bildirib. Ənsari İŞİD-in Avropanın bir sıra strateji obyektlərinin təhlükəsizlik xidmətlərinə nüfuz etdiyini də vurğulayıb.
 
Qeyd edək ki, bir müddət öncə də terrorçu-kamikadze Bakrui qardaşlarının vaxtilə Brüssel aeroportunda xidmətçi işlədikləri barədə məlumat yayılmışdı.