Moskvanın "Arlekino" kinoteatrında partlayıcı qurğu barədə məlumatdan sonra 700-ə yaxın insan təxliyə edilib.

Unikal.org-un məlumatına görə, bu barədə "İnterfax"a hüquq-mühafizə orqanlarındakı mənbə xəbər verib.

Mənbənin sözlərinə görə, partlayıcı qurğunun qoyulması barədə anonim məlumatdan sonra kinoteatrda təxliyə başlayıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib, mütəxəssislərin gəlməsi gözlənilir.