Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət Qocaya ağır itgi üz verib.

Unikal.org BakiPost.az-a istinadən xəbər verir ki, şairin oğlu Yalçın Qocayev dünən vəfat edib.

F.Qoca BakiPost.az-açıqlamasında oğlunun yıxılaraq dünyasını dəyişdiyini bildirib: "Dünən çox pis şəkildə yıxılıb. Həkimlər gələnə kimi keçinib".

Qeyd edək ki, mərhumun 52 yaşı olub.

Allah rəhmət eləsin.