Xəbər verdiyimiz kimi, Bakı-Sumqayıt yolunda "Ford- tranzit markalı mikroavtobusun qəzaya uğraması nəticələrində yaralanan şəxslərdən 9-u xəstəxanada müalicələrini davam etdirir.

Bu barədə Unikal.org-a Səhiyyə Nazirliyindən məlumat verilib

Bildirilib ki, tələbələrdən ikisi əməliyyat olunacaq.

"Sumqayıtda olan tələblərdən ikisi Kliniki Tibbi Mərkəzə köçürülüb. Onların üz-çənə nahiyyəsində əməliyyat aparılacaq. Kliniki Tibbi Mərkəzdə yaralı tələbələrin sayı 4, Sumqayıtdakı Xəstəxanada olan yaralı tələbələrin sayı isə 5-dir. Onların vəziyyətləri stabildir".