"Dövlət Neft Şirkətinin "Azəriqaz İstehsalat Birliyinin rəhbəri Əkbər Hacıyev işdən çıxarılıb.

Bu barədə "Ölkə.Az" saytı məlumat yayıb. 

Əkbər Hacıyev Unikal.org-a açıqlamasında məlumatı təkzib edib. O, bildirib ki, hazırda işinin başındadır. İşdən çıxarılması ilə bağlı yayılan xəbər əsassızdır. 

Qeyd edək ki, "Azəriqaz İstehsalat Birliyində bir neçə nəfər yüksək vəzifəli şəxsin də işdən azad edildyi yayılan məlumatlar sırasındadır. 

Həsən Babayev