Hollandiya və Türkiyə arasında yaşanan məlum qalmaqal hər iki ölkədə geniş müzakirə mövzusudur. Azərbaycan tərəfi də məsələyə rəsmi mövqeyini açıqlayaraq Türkiyənin yanında olduğunu bəyan edib.

Məsələ ilə bağlı Hollandiya Azərbaycan Evinin rəhbəri Elxan Mirhəşimli Unikal.org-a açıqlama verib. 
Türkiyə nazirinin Niderlanda buraxılmamasını demokratik və diplomatik ədəbə sığmayan hal kimi qiymətləndirib: "Təəssüflər olsun ki, son zamanlar Avropa və Amerika qitəsində islamofobiyadan istəfadə edərək siyasətə qatılıb seçicilərin səslərini qazanmağa çalışırlar. Martın 15-də Niderlandda da seçkilər keçiriləcək. Milliyyətçilər bu seçkilərdən maksimum yararlanıb hakimiyyətə gəlməyi planlaşdırırlar. Bu, siyasi partiyaların bir oyunudur.

Biz Azərbaycan diasporu olaraq haqlının yanındayıq. Türkiyə bizim qardaş ölkədir. Onlara qarşı olan haqqsızlığı bizə olan haqqsızlıq kimi dəyərləndirirəm.
Azərbaycan diaspor rəhbəri təşkilat olaraq bu durumda Türkiyənin haqqlı olduğunu düşündüklərini və onların mövqeyini dəstəkləyəcəklərini vurğulayıb: "Uzun illərdir Hollandiyada yaşayıram. Hollandlar səbirli, soyuqqanlı bir xalqdır. Bizlər də onlar kimi soyuqqanlı olmalıyıq. Hollandiya hüquqi bir dövlətdir. Türkiyəli nazir məhkəmələlərə müraciət edərək hüquqlarını tələb edə bilər. Məsələ diplomatik qaydalara uyğun şəkildə öz həllini tapmalıdır.
Unutmayaq ki, Hollandiyada 500 in Türk yaşayır. Bu qalmaqalın milli düşmənçiliyə, şiddətə çevrilməsinin tərəfdarı deyiləm. Biz də bir təşkilat olaraq bu durumda Türkiyənin haqqlı olduğunu düşünür və onların mövqeyini dəstəkləyəcəyimizi bildiririk.

Həsən Babayev