"Alı Mustafayev adına 202â„–-li tam orta məktəbin 11-ci sinfində oxuyan N. K. ötən gün saat 14.00 radələrində məktəbdən çıxıb, itkin düşməsi ilə bağlı yayılan məlumatlara anası İlhamə Kərimova münasibət bildirib.
O, Unikal.org-a açıqlamasında deyib ki, qızı məktəbdən çıxıb müəllim yanına hazırlığa gedib:"Hazırlıqdan çıxdıqdan sonra daha bir müəllimi onu əlavə hazırlıq üçün yanına çağırıb. Telefonunun enerjisi qurtardığından bizimlə əlaqə saxlaya bilməyib. Qızım hər gün axşam saat 19:00-da evə gəlməli idisə, 21:00-da evə gəlib çıxdı. Biz də həyacanlı olduğumuzdan dərhal polisə məlumat verdik. Ağlımıza gəlmədi ki, müəllimi onu əlavə məşğələyə çağıra bilər. Həm də övladlarımı su çiçəyi tutmuşdu. Şükürlər olsun ki, qızım yaxşıdır.

Amid