Pakistanın şimal-qərbindəki Lahor şəhərində partlayış nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb.
Unikal.org-un məlumatına görə, bu barədə "Reuters" agentliyi məlumat yayıb.Partlayış nəticəsində 100 nəfərə yaxın şəxs yaralanıb. Partlayış Gülşən-İqbal parkı yaxınlığında baş verib. İlkin məlumatlara əsasən partlayışı terrorçu-kamikadze törədib. Yaralıların əksəriyyəti qadın və uşaqlardır.