Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən martın 12-də respublikanın ilk peşə ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlanıb. 

DİM-dən Unikal.org-a verilən məlumata görə, nəticələr martın 14-ü saat 13.00-dan etibarən DİM-in rəsmi internet səhifəsində yerləşdirilib.

İlk peşə-ixtisas təhsili müəssisələrinin buraxılış imtahanlarında Ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 8-‘dən, xarici dil və ya kimya fənnindən 7-dan az olmayan şagirdlər müvəffəq qiymət alırlar.

İlk peşə-ixtisas təhsili müəssisələrinin şagirdlərinin fənlər üzrə düzgün cavablarının sayının 5 ballıq qiymət şkalasına (2, 3, 4, 5) uyğunluğu aşağıdakı cədvəldə təqdim olunub: