Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 12,8 km-də Sulutəpə qəsəbəsi ərazisində tikilən yerüstü piyada keçidlərində aşırım qurğusunun montajı ilə əlaqədar olaraq mart ayının 14 və 15-də gecə saat 00:00 dan səhər saat 05:00-dək yolun bir hərəkət zolağında (hər iki istiqamət üzrə) nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

"Azəravtoyol" ASC-dən Unikal.org-a verilən məlumata görə, mart ayının 16 və 17-də isə, gecə saat 00:00-dan sahər saat 5:00-dək yol hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti üçün tamamilə bağlanacaq.

Alternativ yol olaraq, nəqliyyat vasitələri Hacı Zeynalabdin Tağıyev - Sahil avtomobil yolundan istifadə etməklə Bakı-Şamaxı yoluna və əksinə çıxmaqla hərəkəti davam etdirə bilərlər.

"Azəravtoyol" ASC sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.