İstedad təhsillə qazanılmır. O, insanla birgə doğulur. Tariximizdə vəzifədə olan və xüsusi istedadı ilə seçilən insanlar olub. Misalçün, mərhum prokuror Ələkbər Tağıyev. Onun bəstələdiyi gözəl mahnılar bu gün də dillər əzbəridir. Daha bir missal gətirə bilərik. Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun bəstələdiyi nəğmələr bir çox populyar müğənnilərin repertuarını zənginləşdirir.

Cəmiyyətdə o fikirlər də səslənir ki, nəzəri biliklər olmadan şəxs mahnı yaza bilməz.

Unikal.org olaraq qərara gəldik ki, bununla bağlı mütəxəssis fikri öyrənək. Azərbaycan Milli Konservatoriyasının rektoru, professor, bəstəkar Səyavuş Kərimi Unikal.org-a açıqlamasında bunun geniş mövzu olduğunu bildirdi: "Bunu 2 dəqiqədə izah etmək olmaz. Bu məsələni izah etmək üçün uzun zaman lazımdır.
S.Kərimidən Kəmaləddin Heydərovun bəstələri barədə də soruşduq. O, Kamalın bəstələrini bəyəndiyini dedi: "Kəmaləddin Heydərovun mahnı bəstələməsi normaldır. Bəyənirəm. Vəzifəli adam bəyəm şeir, musiqi yaza bilməz? Bunu alqışlamaq lazımdır. Çox yaxşı işlə məşğul olur. Bu insanda istedaddır. Bəyəm, Füzuli hansısısa universiteti bitirmişdi?

Qeyd edək ki, nazir Kəmaləddin Heydərov bəstələrini Kamal imzası ilə yazır.