Azərbaycan Nazirlər Kabinetinin 17.03.2016-cı il tarixli 131 saylı Qərarına əsasən, bu ilin 27 mart tarixində yəni bu gün ölkə ərazisində yay vaxtına keçid ləğv olundu. Belə ki, illərdir əksər ölkələrdə bu məsələ dəfələrlə müzakirə obyektinə çevrilib, bəzi tədqiqatçıların fikrincə vaxtla bağlı keçidin faydalı olduğunun, bəzi təqdiqatçıların isə bu fikri təkzib etdiyinin şahidi oluruq. Digər faktorlardan başqa məsələyə texnoloji baxımdan yanaşıldıqda vaxt-zaman anlayışı İKT mühitində böyük əhəmiyyətə malikdir. Nəzərə alsaq ki, günümüzdə vaxt-zaman əsaslı fəaliyyət göstərən bir çox qurğu, əməliyyət sistemləri, proqram təminatları, məlumat bazaları və s. üçün yay vaxtına keçidin ləvğ olunması xüsusi əhəməyyət kəsb edir. Hansı ki, günümüzdə bütün dövlət sektoru, bank sektoru, mobil operatorlar, elektoron xidmətlər bu tip texnolgiyaların əsasında qurulub.
Unikal.org lent.az-a istinadən bildirir ki, İT konsultant Elgüc Yusifbəyli hesab edir ki, sabit vaxt anlayışı İKT mühiti üçün atılmış gözəl addımdır: "Lakın təqdim olunmuş ani qərar nəticəsində İKT sahəsində çalışan mütəxəssislərimiz üçün bəzi ciddi çətinliklər yaradıb. Belə ki, yay vaxtına keçidin ləvğinin İKT mühitində icrası çox qısa müddəti əhatə etdiyi üçün bu dəyişikliklərin tətbiqi bir çox müəssisələrdə natamamlıq yaradacaq. Bu isə öz növbəsində sistemlər daxilində yaranmış saat fərqinə görə əlavə problemləri meydana gətirir. Bu problemlərə  istifadəçilərin mərkəzi sistemlərə bağlandığı an vaxt fərqinə görə səlahiyyətlərin bloklanması, məlumat bazalarında yaranmış zaman fərqləri, e-mail xidmətlərində, təqvimlərdə yaranmış fərqlər və s. kimi bir çox misallar çəkə bilərik.

Digər əsas yaranmış çətinlik isə vaxt azlığı ilə əlaqədar əksər istehsalçıların (hansı kı, bu istehsalıçılar xarici şirkətlərdir) zaman dəyişilikliyi ilə bağlı yeni paketləri təqdim edə bilməməsidir. Yeni paketlərin təqdim etməsi müəyyən zaman alacaqdır. Beləki bəzi dəyişikliklər anacaq istehsalçı müdaxiləsi nəticəsinda baş tuta bilər. Böyük şirkətlərdən biri olan Microsoft şirkəti bu paketləri may ayında təqdim edəcək (Microsoft Official | Time Zone Update for Azerbaijan). Biz mütəxəssislər isə hal-hazırda bildiyimiz yöntəmlərlə bu problemlərin aradan qaldırlmasına çalışırıq. Hal-hazırda bu problemlərlə bağlı TechNet.Az Portalında, sosial şəbəkələrdə, bloqlarda mütəxəssislərimz tərəfindən tövsiyələr və məqalələr təqdim olunub.

Bu kimi hallar tək Azərbaycanda baş vermir. Bir müddət öncə Türkiyə Respublikasında da eyni  çətinlik yaşanıb. Əksər hallarda bu kimi qərarlar bir çox ölkələrdə müddətindən daha çox əvvəl təsdiq olunduğu  üçün yaşanan çətinliklər həm istehsalçı tərəfindən eynilədə mütəxəssislər tərəfindən daha öncədən həllini tapmış olur".
 
E.Yusifbəyli əlavə edib ki, gələcəkdə buna bənzər halların qarşısını almaq üçün bu kimi əhəmiyyətli qərarlarda texnologiya və bu sahəyə bağlı qurumlar birgə çalışması böyük əhəmiyyət kəsb edir: "Biz isə öz növbəmizdə həftənin iş günü üçün növbəti yaşanacaq problemlərin həlli üçün hazırlaşırıq".