"Bakı şəhərini­n 1-ci mikrorayonunun­ ərazisində aparılaca­q yenidənqurma işləri üzrə aparılan ilkin araşdırmalara görə, həmin ərazidə 34 bina söküləcək".

Unikal.org xəbər verir­ ki, bunu Fövqəladə H­allar Nazirliyi yanın­da Tikintidə Təhlükəs­izliyə Nəzarət Dövlət­ Agentliyinin rəis mü­avini Elxan Əsədov bu­ gün keçirilən mətbua­t konfransında bildir­ib.

O bildirib ki, yeni tikilən binaların sayı isə 30-u keçməyəcək və bir-iki blokdan ibarət olacaq: "Tikinti işləri 29 hektar ərazini əhatə edəcək, Ərazidəki yeni binalar isə sökülməyəcək. Boş ərazilərdə park və insanların ümumi istifadəsində olan ərazilər artacaq. Yəni yaşıllıq ərazilərinin sayı artacaq. Həmin əraziyə 1729 ailə köçürüləcək".