Bu gün Bakıda keçirilən "İslam həmrəyliyi -zamanın çağırışı konfransında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə ilə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı arasında maraqlı dialoq yaşanıb.

Unikal.org bildirir ki, M.Qurbanlı çıxış edən zaman reqlament bitib və mikrafon siqnal verərək sönüb. Komitə sədri zarafatla "İndi jurnalistlər yazacaqlar Mübqariz Qurbanlı ilə Allahşükür Paşazadə arasında intriqa var fikirlərini səsləndirib. 

Şeyxülislamın isə cavabı gecikməyib. O, qeyd edib ki, Mübariz Qurbanlı ilə arasında heç bir intriqa ola bilməz: "Bu sadəcə texniki problemdir və  mən məsuliyyət daşımıram.

Amid Əyyuboğlu