Martın 13-də dənizdə meyiti tapılan naməlum kişinin şəxsiyyəti müəyyənləşib.

Unikal.org APA-ya istinadən bildirir ki, meyiti tapılan şəxsin "Azneft" İB-nin N. Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçması zamanı itkin düşən neftçi, Salyan rayonunun Xıdırlı kənd sakini Ramiz Qulu oğlu Abbasov olduğu ehtimal edilir.

Genetik ekspertizanın nəticələri açıqlanmasa da, R. Abbasovun yaxınları onu bədənindəki işarədən tanıyıb.