May ayının 12-22-də Bakı şəhərində keçiriləcək IV İslam Həmrəylik Oyunları zamanı nəqliyatın hərəkəti, avtomobillərin oyunların keçirildiyi məkanların ərazisinə giriş və çıxışı xüsusi icazə əsasında həyata keçiriləcək.

Unikal.org xəbər verir ki, bu barədə Bakı şəhər İcra Hakimiyyətində oyunlarla bağlı keçirilən mətbuat konfransında bildirilib.