Martın 15-də saat 20.00 radələrində Bakı Metropoliteninin "28 may və "Gənclik stansiyaları arasındakı tuneldə tüstülənmə müşahidə edilib. 

"Bakı Metropoliteni QSC-nin mətbuat xidmətindən Unikal.org-a bildiriblər ki, hazırda hadisənin baş vermə səbəbləri araşdırılır. Qatarların hərəkətində hər hansı məhdudiyyət yoxdur. Hadisə barədə ətraflı məlumat veriləcək.