"Elektron siqaretlər xərçəng xəstəliyinin yaranması üçün orqanizmdə münbit şəraiti formalaşdırır
Image result for Adil qeybulla

Bu fikirləri Unikal.org-a tibb elmləri doktoru, professor Adil Qeybulla deyib. Onun sözlərinə görə, Xərçəng xəstəliyinin orqanizmdə start götürməsi konsirogen maddənin epitel toxuma ilə ekspoziziya müddətindən asılıdır: "Nə qədər çox təmas varsa, mutasiya və xərçəngə münbit şərait yaranır. Elektron siqaretlərin tərkibində boyalar və konsirogen maddələr var. Bunlar da insan sağlamlığına zərərlədir. Düzdür, insanlar siqareti tərkitmək üçün bundan istifadə edirlər. Ancaq, bu alternativ çıxış yolu deyil. İnsanlar siqareti tərkitmək üçün daha sağlıqlı imkanlardan istifadə edə bilərlər.

Həsən Babayev