Bakıda mənzildə 55 yaşlı əlil kişinin meyiti tapılıb.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

Belə ki, Şərifzadə küçəsində yerləşən mənzillərin birindən 1962-ci il təvəllüdlü Həsənov Ceyhun Rüstəm oğlunun meyiti tapılıb. C.Həsənovun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinə təhvil verilib.

Onun ölümünün səbəbləri araşdırılır.

Qeyd edək ki, C.Həsənovun hər iki ayağı amputasiya edilib.