Gənc yazar bir müddət imiş ki, ailədaxili problemlərlə bağlı stress keçirirmiş.
Unikal.org Musavat.com-a istinadən xəbər verir ki, bir uşaq atası olan gənc yazar intihar etmədən bir müddət əvvəl 2 həftə nevroloji dispanserdə müalicə də alıb. Psixoloji sarsıntı keçirən M.Mövlud ətrafında olan bəzi dostlarına intihar edəcəyini deyirmiş. Lakin onu optimis biri kimi tanıyan dostları gənc yazarın belə bir addım atacağına inanmayıblar.
Mövlud Mövlud Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 31/23 ünvanındakı binanın 17-ci mərtəbəsindən özünü atıb.
Bu bina Mövludun kirayədə yaşadığı evin yaxınlığında yerləşir. Axşam saatlarında qeyd edilən ünvana gələn gənc yazar intihar edib.
1989-cu il təvəllüdlü Abdullayev Mövlud İsmayıl oğlunun həyat yoldaşı da gənc yazar Sevinc Fədaidir.
Xatırladaq ki, gənc ailə 2015-ci ildə Binəqədi rayonunda 15 nəfərin ölümü ilə nəticələnən dəhşətli yanğında zərər çəkmişdilər. Sevinc Fədai 40 günlük körpəsi ilə yanan binadan sonuncu çıxarılan sakinlərdən olmuşdu.
Hazırda gənc yazaran cənazəsi Qazaxdakı ata evinə aparılır.