İtkin jurnalist Kənan Hacı tapılıb.

Unikal.org
xəbər verir ki, bu barədə millət vəkili Qənirə Paşayeva məlumat verib.

Bildirib ki, Kənan Hacının evinə gedib: "Jurnalistin evinə gəldik. Heç kəs yox idi. Yoldaşı ile görüşdük o da bilmir nece tapmaq olardı. İndi telefonla danışdıq. Çox şükr sağdı. İndi onunla görüşməyə gedirik. Narahat olmayın dostlar".

Qeyd edək ki, yazar Kənan Hacı bu gün sosial şəbəkədə vida statusu paylaşıb.

O, artıq yorulduğunu, günahlarının bağışlanacağına ümid etdiyini qeyd edib. Paylaşımının sonunda isə Hacı "salamat qalın ifadəsini işlədib.

Yazarın bu statusundan sonra yaxınları, dostları təşvişə düşüb. Onun intihar edəcəyindən narahat olublar.


Zaurə Əmirova