Sumqayıt sakinini avtomobil vuraraq öldürüb.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə H.Z.Tağıyev qəsəbəsində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini Elvin Əliyev idarə etdiyi "Kia" markalı avtomobillə yolu keçən qəsəbə sakini Esmira Musayevanı vurub. Qadın hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.