Xəbər verdiyimiz kimi, martın 16-da gecə saat 02:00 radələrində 7-ci mikrorayon, Axundov küçəsində baş verib. 1989-cu il təvəllüdlü Abdullayev Mövlud İsmayıl oğlu həmin küçədə yerləşən 17 mərtəbəli binanın 17-ci mərtəbəsindən özünü ataraq intihar edib. M.Abdullayev hadisə yerində dünyasını dəyişib. M.Abdullayev (Mövlud Mövlud) Azərbaycanda gənc yazar kimi tanınır.

Gənc yazarın intiharına unikal.org vasitəsilə tanınmış nasir, şair və tərcüməçi Seyran Səxavət münasibət bildirib.

O, bu acı xəbəri ilk dəfə bizdən eşitdiyini söyləyib: "Mən bu ağır xəbəri sizdən eşitdim. Bunu başqasından da eşidə bilərdim. Bu çətin xəbərdir. Mən o uşağı tanıyırdım. Gül parçası kimi, həmişə üzü gülən insan idi. Mən Mövludu görən kimi özümdə gülümsəyirdim. Çox şirin bir uşaq idi. Mən onun ölümünə çox təəssüflənirəm. Mövludun ölüm xəbəri məni çox yandırdı.

Seyran Səxavət vurğulayıb ki, Allah insanı dünyaya göndərəndə deməyib ki, sən bəxtəvər öləcəksən: 

"Milyardlarla dünyaya gəlmək istəyən insanlar var və orada dünya çox böyükdür. Ulu yaradanımız belə hesab edir ki, əgər mən bir bəndəni müəyyən missiya ilə bu dünyaya göndərmişəmsə, artıq bu xoşbəxtdir. Allahın mühasibatlığında belə hesab edirlər. Mən bunu dəqiq hiss edirəm. Həyat başdan ayağa kimi bal deyil. İntihar qəblindən kimlər varsa, belə hallardan çəkinsinlər. Birdən-birə hər şeyi əldə etmək olmur. Hazırda mənim 71 yaşım var. Bunun 20 ildən artığını Bakının müxtəlif küçələrində kirayələrdə keçirmişəm. Əgər biz rayondan kənd uşaqları Bakıya gəliriksə bütün bunların hammısını gözümüzün altına almalıyıq.

Şair hesab edir ki, bu dünyada çətinliklər həddindən artıq çoxdur və həmn də maraqlıdır.

"Mövlud çox istedadlı oğlan idi. Adama tək istedad veriləndə o istedad yarımır. Çətinliklərdən də keçməlisən. İnsan taleyi bu cür olanda istedadı cilalayır. Problemlər istedadı boy buxunu ilə ortaya qoyan vacib amildir. Ailədə qaranlıq yerə bənzəyir. Heç nəyi bilmək olmur. Səbəb mən bilmirəm. Amma bütün hallarda mən həmmişə intiharın əleyhinə olmuşam. İntihara fərdi özünün-özünə terroru kimi baxmışam. Həm də bu Allaha da xoş gəlmir. Allahın yaratdığına əl qaldırmaq mən bilən düz deyil. Fikrimcə, həyat bütün çətinlikləri ilə gözlədir. İnsanı hərəkətdə gətirən, formada saxlayan problemlərdir.

Seyran Səxavət problemlərdən çıxış yolu kimi Amerikada ona sözylənilən atalar sözdən də danışıb:
"Amerikalıların bir atalar məsələsini ABŞ-da olanda eşitdim. Sonra başqa bir mənbədən oxudum. Bu atalar sözü Amerikalılara deyil, Tibetlilərə məxsusdur. Mənim üçün bu atalar sözü çox ibrətamiz sözdür. Mənə bu yaşımda da bu söz kömək olur. Deyir, görürsən ki, problemin var fikir eləmə, çalış ki, həll edəsən. Görsən ki, problemi həll edə bilmirsən, yenə də fikir eləmə. Deməli, bunun həll yolu yoxdur. Bu gün dünyaya meydan oxuyan Amerika bu prinsiplə yaşayır.