"Qalmaqalların çox olduğu verilişlər var. Yaxşı edirlər, qalmaqal yaratsınlar, reytinqlərini artırsınlar, sponsorlarını çoxaltsınlar.
Unikal.org xəbər verir ki, bu sözləri teleaparıcı Şəhla Vakkas deyib.
Çiçək ləqəbi ilə tanınan aparıcı "Çiçəkli dəqiqələr verilişinin 10-12 sponsoru olduğunu söyləyib:
"Verilişimdə sponsor qiymətlərini konkret olaraq mən deyirəm. Belə bir şey var. Müsahibimiz yanımızdadır. Mənim 10-12 sponsorum olub, onların hər birindən böyük məbləğdə faizlər alıram.
Teleaparıcı qardaşının həyat yoldaşının Bakıda qonaq olduğunu qeyd edib:
"Gəlinimiz, qardaşımın həyat yoldaşı Türkiyədən gəlib. Ona Azərbaycanı göstərirəm, adət-ənənələrimizlə tanış edirəm. Türkiyə vətəndaşıdır, çox yaxşı gəlindir. Bizim rəqslərimizi, toylarımızı çox bəyənib. Bir qardaşım var, o da Türkiyədə yaşayır. Qızımız əlimizdən alıb.
Şəhla Vakkas "Ağ şəhərdə ev alması barədə yayılan məlumata münasibət bildirib:
"Evi mən yox, qardaşımgil alıb. Onlar evi ata-anama hədiyyə ediblər. Bizim maddi yükümüz daha çox qardaşımdan asılıdır. Bankımız qardaşımdır.
Çiçək həyatda çox pozitiv olduğunu deyib:
"Həyatda pozitivəm, heç vaxt insanları qırmıram. Amma elə bir anım olur ki, onları pis incidirəm. Mənə ailədə, nəsil arasında mənə "kloun deyirlər. Mən olmayanda deyirlər ki, "klounumuz yoxdur.qafqazinfo