Şimali Koreya nüvə probleminin həllində bütün variantlar, o cümlədən hərbi həll variantı ABŞ üçün aktual olaraq qalır.
Unikal.org xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Dövlət katibi Reks Tillerson söyləyib. O, Şimali Koreyaya qarşı strateji səbrin artıq tükəndiyini bildirib.
Tillerson Çinə də çağırış edib. Dövlət katibi Çini Cənubi Koreyada yerləşdiriləcək THAAD hava hücumundan müdafiə sistemlərinə qarşı cavab tədbirləri görməkdən çəkinməyə çağırıb.