Gürcüstanın Saqareco rayonunda intihar olub.
Unikal.org APA-ya istinadən məlumatına görə, hadisə azərbaycanlıların kompakt yaşadığı Tüllər kəndində baş verib.
Kəndin sakini, 55 yaşlı Nurəddin Xeyirxəbərov xərçəng xəstəliyindən əziyyət çəkirmiş. O, bir müddət əvvəl həyat yoldaşına xəstəlik səbəbindən özünü öldürəcəyini deyib.
N. Xeyirxəbərov dünən təmiz hava almaq adı ilə həyətə çıxıb. Az sonra isə təndir çardağında əvvəlcədən hazırladığı kəndirlə özünü asıb.
Hadisə ilə bağlı hələlik cinayət işi qaldırılmayıb.