Yerevan yenə çalxalanır: daha bir etiraz aksiyası
Bu gün Yerevanda Artur Sarkisyanın xatirəsinə həsr olunmuş etiraz aksiyaları davam etdirilib. Günorta saatlarında mitinq iştirakçıları şəhər boyu yürüş edərək, hökumət binasına tərəf hərəkət ediblər.
Amiran küçəsində Şayen Arutyunyan və bir qrup etirazçı oturaq tətil keçiriblər ki, bu da polis əməkdaşlarını qıcıqlandırıb və qanun keşikçiləri güc tətbiq edəcəkləri ilə hədələyiblər. Azadlıq meydanına qayıdan nümayişçilər oturaq tətilə qoşulublar.
Xatırladaq ki, bu gün saat 18:00-da Ermənistan hakimiyyəti tətilçilərin Artur Sarkisyanın Yelabur qəbiristanlığında basdırılması tələbinə cavab verməlidirlər və elə bu vaxta da Azadlıq meydanında mitinqin başlanacağı elan edilib ki, hökumətin cavabı səsləndirilsin.
Tələblər arasında həmçinin Artur Sarkisyanın ölümünün səbəbkarlarının, o cümlədən ədliyyə və səhiyyə nazirlərinin, müstəntiq və prokurorların, həm də prezident Serj Sarkisyanın cəzalandırılması da var.(Virtualaz.org)