Əməkdar artistlər Coşqun Rəhimov və Rafael İsgəndərov "DiYetaa" konsertlərindən danışıb.
Unikal.org xəbər verir ki, C.Rəhimov "Xəzər maqazin"ə açıqlamasında tamaşaçılarını hər dəfə qoyurub saxlamağa çalışdıqlarını deyib:
"Qarşımıza məqsəd qoyuruq ki, tamaşaçını qoruyub saxlamalıyıq. Öz zövqlü yumor, tamaşalar və obrazlarımızla hər zaman sevənlərimizin diqqətini çəkirik. Çiçək yeni bir nəfəs gətirdi, diqqətimizi çəkdi və onu parodiya etdik".
"Bu şəhərdə"komandası bildirib ki, bu dəfə 7 gün konsert verərək, rekorda imza atıblar. Aktyorlar bildirib ki, tamaşanı Moskvada da nümayiş etdirəcəklər. Konert aprelin 21, 22 və 23-də baş tutacaq.