Masallıda ərzaq mağazasından oğurluq edilib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Qızılavar kəndində qeydə alınıb.

Axşam saatlarında kənd sakini Nadir Qafarova məxsus ərzaq mağazasına üzü maskalı şəxslər qapını sındırmaqla daxil olub, 500 manat nağd pul, siqaretlər və içkilər oğurlayıblar. Ümumilikdə N. Qafarova 2000 manatdan artıq ziyan vurublar. Mağazada təhlükəsizlik kamerası olsa da, oğrular maska taxdıqları üçün hələlik onların şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır