Prezident İlham Əliyevin bacısı Sevil Əliyeva Azərbaycan xalqını Novruz bayramı münasibətiylə təbrik edib.

Unikal.org həmin təbrik məktubunu təqdim edir:

"Əziz bacılar və qardaşlar!

Sizi Xalqımızın ən qədim, ən sevimli, təbiətin oyanışının rəmzi olan Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm. Sizə uzun ömr, möhkəm can sağlığı, ailə səadəti arzulayıram. Ulularımızdan bizə yadigar qalan Novruz tonqalları həyatınızı işıqlandırsın, süfrələriniz ruzi-bərəkət, ömrünüz isə Yaz sevinci ilə bol olsun.

Hörmətlə, Sizin Sevil Əliyeva!".