Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) bu gün Beyləqan rayonunda aşkar olunmuş Mina və Partlamamış Hərbi Sursatlar (PHS) haqqında operativ məlumat yayıb.
ANAMA-dan Unikal.org-a verilən məlumata görə, rayonun Kəbirli kəndində drenaj kanalına baxış keçirilmiş, 3 min 8 ədəd partlamamış hərbi sursat (38 ədəd 40 mm-lik silah qumbarası (VOQ-25), 21 ədəd 30 mm-lik zenit top mərmisi (OFZ), 1 ədəd 70 mm-lik PQ-7VM raketi, 1 ədəd 73 mm-lik PQ-9 raketi, 5 ədəd F-1 əl qumbarası, 118 ədəd F-1 əl qumbarasının partladıcısı (UZRQM) və 2 824 ədəd müxtəlif çaplı patron) aşkar edilib, 2 824 ədəd müxtəlif çaplı patronun daşınması mümkün olduğuna görə mərkəzi məhvetmə ərazisinə daşınıb.
Qalanları isə məhdud daşınaraq partlayış yolu ilə zərərsizləşdirilib. Nəticə etibarilə 2 200 kv.m. ərazi yoxlanılıb.