Avropaya açıq miqrasiyanın kompleks razılaşdırılması ilə bağlı Romada Avropanın 7, Afrikanın 3 ölkəsi bir araya gəlib.
Unikal.org-un verdiyi xəbərə görə, görüşdə Almaniya, Fransa, Avstriya, İtaliya, Malta, Sloveniya, eləcə də Liviya, Tunis, Əlcəzairin Daxili işlər naziri iştirak edib və ölkələr arasında əlaqə qrupu yaradılıb.
İtaliyanın Daxili işlər naziri Marko Minneti çıxış edərək "biz hər şeyi həll edə bilmərik və heç birimiz hazır cavablar paketinə malik deyilik, - deyə açıqlama verib.
Görüşün sonunda Afrika dövlətləri ilə miqrasiyaya birgə nəzarət edilməsi razılaşdırılıb. Bundan başqa, Livanda sahil nəzarəti sisteminin gücləndirilməsi, miqrasiyanın səbəbləri ilə mübarizə, qaçqınların qorunması, kontrabandaya qarşı mübarizə, su hövzəsindən istifadə edərək başqa ölkələrə köçən qaçqınlarla bağlı məsələlər də müzakirə olunub.
Məlumata görə, mübarizə nəticəsində 2017-ci ilin yanvarında ötən ilin eyni ayına nisbətən Avropaya gələn qaçqınların sayı 3,2 dəfə azalaraq 364 minə çatıb.