Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən bayram günlərində dövlət sərhədinin pozulması cəhdlərinin mümkünÂlüyü ilə əlaqədar xidməti fəaliyyətin gücÂlənÂÂÂdirilÂməsi və sayıqlığın daha da artırılması istiqamətində tədbirlər həyata keçirilib.
Unikal.org DSX-nın saytına istinadən verdiyi məlumata görə, tədbirlər nəticəsində martln 21-də Ağstafa rayoÂnunun Sadıxlı kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində 1987-ci il təvəllüdlü AzərÂbaycan RespubliÂkası vətəndaşı Elgün Nadir oğlu İsmayıl-Necatın dövlət sərhədini qanunsuz pozaraq Gürcüstan ərazisinə keçmə cəhdinin qarşısı alınıb. Sərhəd naryadının qanuni tələbinə tabe olmayan sərhəd pozucusu müqaviÂmət göstərərək hadisə yerindən qaçmağa cəhd edib, lakin DSX əməkdaşları tərəfindən yaxalanıb.
Fakt üzrə keçirilmiş tədbirlər nəticəsində vətəndaş E.N.İsmayıl-Necatın ağır cinayət törətdiyinə görə beynəlxalq axtarışda olması müəyyənləşdirilÂib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində dövlət sərhədinin pozulmaÂsıÂna vasitəçilik etmiş 1962-ci il təvəllüdlü Ağstafa rayon sakini Gündüz İsmayıl oğlu Quliyev müəyyənləşdirilərək saxlanılıb. Dövlət sərhədinin pozulmasına cəhd ilə əlaqədar əməliyyat-istintaq tədbirləri davam etdirilir.