Suriyada Rakka şəhərinin yaxınlığında yerləşən köhnə məktəb binalarından birinə ABŞ-ın rəhbərlik etdiyi koalisiya gücləri tərəfindən endirilən aviazərbələr nəticəsində yüzlərlə dinc sakin həlak olub.

Unikal.org Anadolu agentliyinə istinadən xəbər verir ki, aviazərbələr qaçqınların olduğu köhnə məktəb binasına endirilib.

Mənbələrin məlumatına görə, zərbə məktəb binasına martın 20-də endirilib. 50 ailənin aviazərbələrin altında qaldığı bildirilir. Məlumata görə, ölənlərin arasında qadınlar və uşaqlar da var.