Bakıda dəhşətli intihar hadisəsi baş verib. 

Unikal.org lent.az-a istinadən xəbər verir ki, martın 21-də gecə saat 01 radələrində "Şıx çimərliyinin ərazisindəki sahildən Yasamal rayon sakinləri 1957-ci ildə anadan olmuş Əliyev Rauf Təyyar oğlu və 1963-cü ildə anadan olmuş Səlimova Gülnar Təyyar qızının meyitləri aşkar olunub. 

Məlum olub ki, onlar özlərini dənizə ataraq intihar edib.

İntihar edən kişi ilə qadın bacı-qardaş olub. Bildirilir R.Əliyev ruhi xəstə olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.