Rusiyanın Ryazan vilayətində təhlükəli cinayətkar Məmmədov Vüsal Nizami oğlunu axtarırlar.

Unikal.org Rusiya KİV-ə istinadən bildirir ki, bu barədə vilayət polisinin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, 31 yaşlı Azərbaycan vətəndaşı qətldə şübhəli bilinir.

Araşdırma zamanı müəyyən edilib ki, V.Məmmədov 2016-cı ilin 12 noyabrında Murmanskdakı yaşayış yerini tərk edərək taksi ilə harasa gedib və o vaxtdan onun harada olduğu barədə heç bir məlumat yoxdur.

Rusiya polisi onun yeri barədə hər hansı bir məlumatı olanlardan hüquq-müahfizə orqanları ilə əlaqə saxlamağı xahiş edib.