Martın 21-də narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Mehman Solovyev Şirvan ŞPŞ əməkdaşları tərəfindən saxlanılarkən 2 polis əməkdaşının əl nahiyəsinə bıçaqla xəsarət yetirib.
Unikal.org DİN saytına istinadən xəbər verir ki, onlara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.
M.Solovyev isə tutulub, ondan 1 bıçaq və 9 qram marixuana götürülüb.