Hacıqabul rayonunda minik və yük avtomobilləri toqquşub, nəticədə bacı və qardaş yaralanıb.
Unikal.org apa-ya istinadən xəbər verir ki, Bakı-Qazax magistralının Hacıqabul rayonunun Muğan kəndi ərazisində "Opel markalı, 99 DA 226 dövlət nömrə nişanlı avtomobil "KaMAZ markalı, 24 BE 964 dövlət nömrə nişanlı yük avtomobili ilə toqquşub. Nəticədə minik avtomobilində olan sərnişinlər - Lənkəran rayonunun Nüvədi kənd sakinləri, 1969-cu il təvəllüdlü Məmmədova Yeganə Şöyüb qızı və onun qardaşı, 1963-cü il təvəllüdlü Məmmədova Atəş Şöyüb oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şirvan şəhər Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.