Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq etməkdə və polis əməkdaşını bıçaqlamaqda təqsirləndirilən 1988-ci il təvəllüdlü Həsənov Əli Elxan oğlu və 1976-cı il təvəlüldlü Məhərərmov Əhmədyar Xanis oğlu cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədriyi ilə keçirilən prosesində təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası martın 28-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin noyabr ayında Nərimanov rayonu Heydər Əliyev prospektində yerləşən kafelərdən birində baş verib. 1979-cu il təvvəllüdlü Abdullayev Namiq Aydın oğlu tanışı 1974-cü il təvvəllüdlü Cəbrayılov Arif Etibar oğlu və 1985-ci il təvvəllüdlü Məsimov Kamil Zakir oğlu, adları açıqlanmayan iki qadınla birlikdə kafedə əyləşiblər. Bu zaman kafeyə daxil olan İsmayıllı rayon sakini Ə.Məhərrəmov qadınlardan birinə məxsus telefonu oğurlayaraq qaçıb. Bunu görən N.Abdullayev onun arxasınca qaçıb və iaşə obyektinin çıxışında Ə.Məhərrəmovun qolundan tutub. Nəticədə onlar arasında əlbəyaxa dava düşüb.

Məlumata görə, Ə.Məhərrəmovun küçədə gözləyən tanışı Ə.Həsənov davaya qoşulub və N.Abdullayevi döyüb. Bu münaqişəyə A.Cəbrayılov və K.Məsimov da qarışıb.

Kütləvi dava zamanı Ə.Məhərrəmov və Ə.Həsənov bıçaq çıxararaq dava etdikləri şəxslərə xəsarətlər yetirərək ərazidən qaçıblar.

Ağır xəsarət alan hər üç şəxs "Təcili yardım" maşını ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onların həyatını xilas etmək mümkün olub.

Qeyd edək ki, N.Abdullayev Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin Növbətçi Hissəsində mayor rütbəsi ilə fəaliyyət göstərir və hadisə vaxtı o, xidmətdə olub.