Bu gün axşam saatlarında bulvarda özünü dənizə atan şəxsin kimliyi məlum olub.
Əldə edilən məlumata görə, özünü dənizə ataraq öldürən şəxs Osmanov Kərəm Oruc oğludur.
O, İsmayıllı rayonunun Mücü kəndinin sakinidir.
Bildirilir ki, onun şəxsiyyət vəsiqəsi cibindən tapılıb.
xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
Bakı bulvarında bir nəfər özünü dənizə ataraq intihar edib.
Unikal.org-un lent.az-a istinadən məlumatına görə, saat təxminən 21:30 radələrində bulvarın Hökümət Evi ilə üzbəüz istiqamətindən özünü dənizə atan şəxsi xilas etmək mümkün olmayıb. Şəxsiyyəti hələ dəqiqləşdirilməyən şəxs onu xilas etmək üçün ətrafdakıların dənizə atdığı xilasedici ip və təkərlərdən tutmaqdan imtina edib və dənizin dərinliklərinə qərq olub.
Hazırda onun meyitinin dənizdən çıxarılmasına çalışılır.