Bu gecə Xırdalan şəhəri 28-ci məhəllədə - bazarın yaxınlığında baş vermiş atışma zamanı 3 güllə yarası almış 32 yaşlı Paşayev Xəyal Oqtay oğlu əməliyyat olunub.
Unikal.org lent.az-a istinadən xəbər verir ki, 1 saylı şəhər xəstəxanasına yerləşdirilən şəxsin bədənində 3 güllə yarası aşkarlanıb. Güllələrdən heç biri onun bədənində qalmayıb. Belə ki, güllələr onun qarın divarını, çiynini və sol qolunu deşərək keçib. Səhər saatlarında palataya keçirilən X.Paşayev polis nəzarətindədir.
Məlum atışma vaxtı 47 yaşlı Valeh Nəcəfov başından güllə yarası alıb və hadisə yerindəcə keçinib.
Faktla bağlı əməliyyat qrupu yaradılıb, axtarışlar aparılır.