Demokratiyanın əsas göstəricilərindən sayılan söz və məlumat azadlığı prinsipi dövlətlərin, xalqların hərtərəfli inkişafında, cəmiyyətlərin formalaşmasında müstəsna rol oynayır. Azərbaycan da söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan ölkələrdəndir. Fikir, söz və məlumat azadlığı, sərbəst düşüncənin ifadə olunması üçün hüquqların təmin olunması, kütləvi informasiya vasitələrinin və bütövlükdə müasir informasiya cəmiyyətinin söykəndiyi əsas dəyər və məqsəd olmaqla bərabər, ölkənin demokratik inkişaf səviyyəsini müəyyənləşdirməyə imkan verən əsas elementlərdəndir. Vaxtilə bu azadlıq kifayət qədər cəmiyyətə müsbət təsir göstərir, ictimai fikri, dövlətə inamı və sosial fəallığı formalaşdırmaqla yanaşı, həm də istiqamətverici funksiyanı yerinə yetirirdi. Ta o vaxta qədər ki, ayrı-ayrı qruplar bu göstəricidən maksimum yararlanaraq öz k0rporativ maraqlarını inkişaf etdirməyə başladılar. Dövlət və dövlətçilik prinsipləri sadəcə pafosdan başqa bir şey olmadı.

   Son bir ildə dünya bazarında neftin üz qaraldan qiymətinin fonunda, göbələk kimi üzə çıxan problemlər, dördüncü hakimiyyətin də çoxdan laxladığnı ortaya qoydu. Görünən mənzərə bilirsinizmi nəyə oxşayırdı?- Vaxtı ilə xırda xanlıqlara bölünən Azərbaycana… Hərə bir sayt açıb oturmuşdu üstündə. Bu informasiya ocaqları sadəcə məmur-məmur oynayırdılar…

Hörmətdən düşən qara qızılın qaçılmaz qiymətinin gətirdiyi şəffaflıqda hamı real göründü. Məmur alətinə çevrilənlər yazmalı olduqlarından daha çox susdular və ya konkret olaraq ictimai fikri aldatdılar. Haqlı olaraq cəmiyyət alternativ fikrin acına çevrildi. Nəyin və ya nələrin baş verdiyini öyrənmək üçün, bir neçə mənbəyə  vaxt itirməyə dəyməzdi. Çünki, hər yerdə sadəcə iki rəng var idi. Hansısa naməlum əl, hər şeyin bir yerdən idarə olunduğu fikrini qaçılmaz edirdi. İş yerlərindən, bölgələrdəki inkişafdan icra başçıları səviyyəsində yazılanlar, cəmiyyəti informasiyasızlıq məngənəsinə salmışdı. 

Hər yerdə azad media, demokratiya mexanizmlərinin mövcudluğunun əsas şərtlərindən biri kimi qəbul edilir. Kütləvi informasiya vasitələri- qəzetlər, jurnallar, televiziya, radiolar, informasiya agentlikləri və informasiyanın müntəzəm formada yayıldığı digər vasitələr cəmiyyətin inkişafına ciddi təsir göstərən, onun vəziyyətini və mahiyyətini müəyyənləşdirən siyasi sistemin tərkib hissəsidir.

Azərbaycan mediasının hazırda inkişaf prosessinə çox ciddi ehtiyyacın olduğunu deyən qocaman jurnalist hesab edir ki, əslində cəmiyyətdə yaranan sosial problemlərin işıqlandırılması dövlətin tənqidi deyil, əksinə ölkənin düzgün inkişafı üçün xüsusi xətt-  dəstək olmalıdır. Hər hansı problemin ört-basdır edilməsi bir növ həmin problemi yaradanların işinə yarayır.    

Borcdan söz düşmüşkən, məmur hansısa informasiya portalına verdiyi aylıq pulu borc gözündə görür. Bu vəsait ona nəğd yolla yox, informasiya təminatı formasında qayıdır. 4-cü hakimiyyətin maddi asılılığı dövlət dəstəyinin olmaması anlamına gəlməməlidir. Sadəcə, Azərbaycanda medianın təməli elə qurulub ki, orda mütləq partiya marağı, məmur marağı, hətta  başı boş cibi dolu hansısa iş adamının umacağı var."Bu məlumatı vermə, filan məmura toxuna bilərsən" kimi cılız, amma əslində dırnaqarası uzaqhədəfli  fikirlərlə oturub-duran mediadan nə ala bilərik ki? Vəziyyət o həddə çatıb ki, bölgə müxbirləri rayondakı mövcud problemlərlə bağlı məlumat verə bilmir.Çünki, ya ortada təhdid var, yada ki, "hörmət"...

Bəli, əgər belə olsaydı, illərlə bölgələrdə yığılıb qalan sosial və iqtisadi problemlərlə ölkənin birinci şəxsi şəxsən məşqul olmaq zorunda qalmazdı. İnformasiyasızlıq və ya "hər şey yaxşıdır" fikrinin üzərində qurulan təbliğat, postneft dövrünə bu qədər problemlərlə girməyimizi şərtləndirdi. Bu işdə, Prezidenti özünün dostu seçən medianın nə qədər rolu olduğu, dövlət başçısının müşavirədə  işlətdiyi ifadədə də hiss olundu:

"Buna son qoyulmalıdır. Süni bahalaşmaya son qoyulmalıdır və burada çox ciddi cəza tədbirləri görülməlidir. Biz sadəcə olaraq cərimələrlə kifayətlənməməliyik. Prokurorluq orqanları çox ciddi məşğul olsun. Bu vəziyyətdən öz şəxsi maraqları üçün istifadə etmək istəyənlərə qarşı çox ciddi cəza tədbirləri görülməlidir. Mətbuatda da bu, işıqlandırılmalıdır ki, buna son qoyulsun."

"Mətbuatda da işıqlandırılmalıdır ki, bütün bunlara son qoyulsun" ifadəsi təbii ki, medianın birinci şəxs tərəfindən nə qədər qiymətləndirilməsinin göstəricisidir. Amma nəticə ürəkaçandımı? Məmur boyunduruğunu mənfəətinə görə üstün tutanlar indi nədən yazır? Təəssüf ki, hələdə bu sahədə nəticə əvəzinə göz çıxarırlar…

Daha ətraflı "ATV Səhər"in aparıcısı  Turan İbrahimovun təqdimatında izləyək:
[video=http://|
]