Maldiv adalarında doğulub böyüyən məşhur model Raudha Athif intihar edib.

Unikal.org türkiyə mediasına istinadən xəbər verir ki, 21 yaşlı gözəl Banqladeşdə təhsil aldığı universitetin yataqxanasında özünü öldürüb. 

"İslami Bank" tibb universitetinin ikinci kurs tələbəsi olan Radha yataqxanada qaldığı otaqda baş örtüyü ilə özünü asıb.

Banqladeş polisinin verdiyi məlumata görə, modelin dostları otağa girməyə çalışdıqlarında qapı içərindən bağlı idi. Onlar qapını sındırıb içəri daxil olublar. Dostları hadisənin intihar olduğuna inandıqlarını deyiblər.

Qeyd edək ki, yaşıl gözləri və gözəlliyi ilə məşhur olan R.Athif "Vogue" jurnalının Hindistan versiyasının üz qabığında yer almışdı. "Maldivli qız" fotosu ilə 2014-cü ildə məşhurlaşan Raudha "Modellik mənim üçün hobbidir. Əsl karyera hədəfim həkim olmaqdır" demişdi.