Yaxı vaxtlarda Serbiyada prezidenti seçkiləri keçiriləcək.
Unikal.org xəbər verir ki, seçkilərdə artıq iştirak edəcək prezidentliyə namizədlər təsdiqlənib. Artıq bütün namizədlər təbliğat-təşviqat kompaniyasına başlayıblar.
Prezidentliyə namizədlər içində ən maraqlısı isə 25 yaşlı Luka Maksimovicdir. Balkan ölkəsində böyük şöhrət qazanan 25 yaşındakı Luka Maksimovic ölkənin yeni başçısı olmaq üçün mübarizə aparır. Ağ sıra paltarı və uzun saqqalı ilə fərqli bir imic sərgiləyir. Komik davranışları və yüksək tonlu səsiylə insanlara ağıla sığmaz sözlər verərək fenomenə çevrilən gənc namizəd, zəfərini falçılar tərəfindən açıqlanacağını deyib.
Ağ atını sürərkən özünə təhlükəsizlik əməkdaşları götürən Luka Maksimovic ölkəsinə (ağ) ləqəbiylə tanınır. Artıq sorğu aparan şirkətlər "Ağ oğlanın məşhurluğunun müvəqqəti olduğunu düşünsə də bu an da təsiri bütün ölkədə hiss edilir. İnsanlar özünü görər-görməz imza və fotoşəkil çəkmək istəyirlər. Ona bizim "Prezident"imiz deyə səslənirlər.